Əli Həsənov: “Azərbaycan işğal altındakı torpaqlarını qısa müddətdə azad etmək imkanına malikdir” | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: “Azərbaycan işğal altındakı torpaqlarını qısa müddətdə azad etmək imkanına malikdir”

15:46 - 05 / 04 / 2016
Əli Həsənov: “Azərbaycan işğal altındakı torpaqlarını qısa müddətdə azad etmək imkanına malikdir”

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış vəziyyətlə bağlı Türkiyənin “TRT World” telekanalına müsahibə verib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Əli Həsənov müsahibəsində BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etdiyini vurğulayıb.

Ancaq Ermənistan bu qətnamələrə əməl etmir, Azərbaycana qarşı təxribatlar törədir və baş verənlərdə Azərbaycanı suçlayır. Aprelin 2-də Ermənistan yenə də təxribat törətdi və layiqli cavabını aldı. Ermənistan bilməli idi ki, biz daha bu təxribatlara dözməyəcəyik.

Prezidentin köməkçisi deyib ki, biz BMT Təhlükəsizlik Şurasının qərarlarına, Minsk qrupunun çağırışlarına həmişə hörmətlə yanaşmışıq. Lakin bu qurumlar onlara hörmətsizlik edən Ermənistana heç bir təzyiq göstərmirlər. Məhz Ermənistanın işğala son qoymasına məcbur edilməməsi və ona qarşı təzyiqin göstərilməməsi nəticəsində ermənilər 20 ildən artıqdır ki, status-kvonu saxlayırlar və bizim bir milyondan artıq vətəndaşımız qaçqın-köçkün vəziyyətindədir.

Azərbaycan qısa müddət ərzində torpaqlarını işğaldan azad etmək imkanına malikdir. Amma biz qan tökülməsini istəmirik. Biz münaqişənin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyətlə birgə çalışırıq. Lakin əgər ermənilər bunu anlamırlarsa, Azərbaycan torpaqlarını istənilən yolla azad edəcək.

1news.az

Paylaş:
567

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər