ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb

18:44 - 05 / 04 / 2016
ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb

ATƏT-in Minsk qrupu geniş tərkibdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb.

1news.az-ın məlumatına görə, bəyanatda deyilir:

“Biz, ATƏT-in Minsk qrupu ölkələri, o cümlədən ATƏT-ə 2017-ci ildə sədrlik edəcək Avstriya və 2015-ci ildə sədrlik etmiş Serbiya təmas xəttində görünməmiş zorakılığın artmasını qətiyyətlə pisləyirik.

Biz toqquşmalardan əziyyət çəkmiş ailələrə başsağlığı verir və tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq. Münaqişənin hərbi yolla həlli yoxdur”.

Bəyanatda bildirilir ki, vəziyyətin pisləşməsi ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi altında hərtərəfli sülh sazişi üzrə təcili danışıqlara ehtiyacın olduğunu göstərir:

“Minsk qrupuna üzv ölkələrin nümayəndələri Rusiya, ABŞ və Fransa həmsədrlərinin vasitəçilik səylərinə dəstəklərini ifadə edir, tərəflərlə mümkün qədər tez bir zamanda birbaşa məsləhətləşmələrin aparılması ilə bağlı planlarını alqışlayırlar”.

Xatırladaq ki, bu gün Vyanada ATƏT-in Minsk qrupu ölkələrinin geniş formatda görüşü baş tutub.

Onu da bildirək ki, Minsk qrupununu geniş tərkibinə Rusiya, ABŞ, Fransa, Belorus, Finlandiya, Almaniya, İtaliya, İsveç və Türkiyə daxildir.

1news.az

 

Paylaş:
759

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər