Avropa Parlamentinin deputatları cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıblar | 1news.az | Xəbərlər
Siyasət

Avropa Parlamentinin deputatları cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıblar

22:18 - 05 / 04 / 2016
Avropa Parlamentinin deputatları cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıblar

“Aprelin 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağ bölgəsində Azərbaycanla Ermənistan arasında görünməmiş gərginlik baş verib və bu çoxsaylı ölüm və itkilərə səbəb olub”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Parlamentinin deputatları Raşida Dati (Fransa), Kristian Busoi (Rumıniya), İveta Qriqul (Latviya), Anna Fotyqa (Polşa), Ramona Manesku (Rumıniya) və İvo Vajglın (Sloveniya) birgə bəyanatında deyilir.

Deputatlar zorakılıq nəticəsində həyatlarını itirmiş şəxslərin ailələri ilə həmrəy olduqlarını ifadə ediblər: “1988-ci ildə Dağlıq Qarabağ regionu dağıntı, zorakılıq və faciə səhnəsi olub. Media daim insidentlər barədə məlumatlar verir. Lakin ilk dəfədir ki, qəddarlıq bu dərəcədə intensiv olub”.

Bəyanatda bildirilir ki, Avropa İttifaqı üçün problemin beynəlxalq hüquqa hörmət, etimad və qarşılıqlı razılaşma tədbirlərinə əsaslanacaq sülh yolu ilə həlli üçün öhdəliyi üzərinə götürməyin vaxtıdır: “Uzun müddət Avropa gözlərini bu məsələyə bağlı saxlayıb. Bu bizim qonşuluğumuzda olan vacib regiondur, orada baş verən hadisələr birbaşa bizə təsir edir. Biz Avropa Komissiyasını Ali Nümayəndəsi və vitse-prezidentinə mümkün qədər tez bir zamanda regiona səfər etməyə və Avropanın öhdəliklərini nümayiş etməyə çağırırıq. Avropa Parlamentinin üzvləri kimi dialoqa gedə biləcəyini, danışıqları bərpa edəcəyini və sülh üçün yol tapa biləcəyini nümayiş etdirən Azərbaycan rəhbərliyinə inanırıq”.

1news.az

 

Paylaş:
531

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər