Anar Məhərrəmov Azərbaycanın İspaniyada səfiri təyin olunub | 1news.az | Xəbərlər
Rəsmi

Anar Məhərrəmov Azərbaycanın İspaniyada səfiri təyin olunub

22:22 - 05 / 04 / 2016
Anar Məhərrəmov Azərbaycanın İspaniyada səfiri təyin olunub

Prezident İlham Əliyev A.A.Məhərrəmova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Anar Abel oğlu Məhərrəmova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilsin”.

Prezidentin digər sərəncamı ilə A.A.Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.

1news.az

Paylaş:
1469

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər