Moqerini Ermənistan və Azərbaycanı danışıqlara çağırdı
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbanyan ilə çərşənbə axşamı danışıqlar zamanı onları Dağlıq Qarabağda dərhal gərginliyin azaldılmasına və atəşkəsə dair sazişə ciddi riayət etməyə çağırıb, Avropa xarici işlər xidmətinin kommünikesində (EBC) bildirilib.
“Ali nümayəndə - vitse-sədr (Avropa Komissiyasının - red.) gərginliyin dərhal azaldılmasına, mülki şəxslərə qaşı əməllərə son qoyulmasına və hər iki tərəfin atəşkəsə ciddi riayət etməyə çağırıb. Ali nümayəndə xatırladıb ki, miqyaslı münaqişədə heç kim maraqlı deyil. Münaqişə hamını razı salacaq hərb yolu ilə deyil, sülh yolu ilə həll edilməlidir”, - ЕВС məlumat yayıb.
Danışıqların gedişatında Moqerini, həmçinin ATƏT-in Minsk qrupunun səylərinin və onun üç həmsədrinin Aİ tərəfindən dətəklənməsini xatırladıb. O, hər iki tərəfi danışıqları bərpa etməyə və münaqişəni tənzimləməyə çağırıb.
“Bu kontekstdə ali nümayəndə qeyd edib ki, bütün tərəflər, onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirəcək əməllərdən və bəyanatlardan qaçınaraq uğurlu danışıqlara vasitəçi olacaq şərait yaratmalıdır”, - bəyanatda deyilir.
Avropa xarici işlər xidmətdən, həmçinin Moqerini və Aİ region üzrə xüsusi nümayəndəsi Gerbert Zalberq Azərbaycan və erməni həmkarlar ilə əlaqə saxlamağa davam edəcək.