ABŞ Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejiminin bərpa olunmasını alqışlayıb
“ABŞ Dağlıq Qarabağ münaqişə zonasında atəşkəs rejiminin bərpa olunmasını alqışlayıb”.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.
“Biz tərəflərin atəşin dayandırılmasına dair razılığa gəlməsini alqışlayırıq”, - deyə Tonert bildirib.
Onun sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə qayıtmağa çağırıb.
“Hər iki hökumət ATƏT çərçivəsində Minsk prosesinə qayıtmalı və danışıqlar masası arxasına oturmalıdır”, - deyə o qeyd edib.
Toner jurnalistlərin ABŞ dövlət katibi Con Kerrinin Rusiya XİN rəhbəri Sergey Lavrovla bu yaxınlardakı danışığı zamanı Moskvanın proses iştirakçılarına təsir etməsi ilə bağlı çağırış edib-etməməsinə dair suallarına cavabında bildirib: “Rusiya Minsk qrupunun üzvüdür, biz onunla daim məsləhətləşmələr aparırıq və ümumiyyətlə, danışıqların bütün iştirakçılarını vəziyyətə təsir etməyə çağırırıq”.
1news.az