Abdullah Gül İlham Əliyevə zəng edib | 1news.az | Xəbərlər
Rəsmi

Abdullah Gül İlham Əliyevə zəng edib

23:27 - 05 / 04 / 2016
Abdullah Gül İlham Əliyevə zəng edib

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. 

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, o, cəbhə xəttində erməni işğalçı qüvvələrinin hücumlarının qarşısını qəhrəmancasına alarkən Azərbaycan əsgərlərinin və mülki şəxslərin həlak olması ilə əlaqədar dövlətimizin başçısına və xalqımıza başsağlığı verib və Türkiyə dövlətinin və xalqının daim Azərbaycan dövləti və xalqının yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib. Dövlətimizin başçısı Abdullah Gülün Türkiyə Respublikası Prezidenti vəzifəsində çalışdığı illərdə və bu gün də Azərbaycan ilə Türkiyə arasında münasibətlərin möhkəmlənməsində böyük rol oynadığını vurğulayıb.

1news.az

Paylaş:
704

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər