Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

13:21 - 06 / 04 / 2016
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andryönü və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olundu.

Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışladılar. Onlar belə bir fikri diqqətə çatdırdılar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.

1news.az

Paylaş:
580

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər