Azərbaycanla ABŞ arasında ikitərəfli “Açıq Səma Sazişi” imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla ABŞ arasında ikitərəfli “Açıq Səma Sazişi” imzalanıb

15:06 - 06 / 04 / 2016
Azərbaycanla ABŞ arasında ikitərəfli “Açıq Səma Sazişi” imzalanıb

Aprelin 6-da Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında “Hava nəqlıyyatı haqqında” Saziş imzalanıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, iki ölkə arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə “Açıq Səma Sazişi”ni (“Open Skies Agreement”) “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta imzalayıblar.

İkitərəfli saziş Birləşmiş Ştatlar və Azərbaycan arasında hava nəqliyyatının təşkili prosesinin sadələşdirilməsinə imkan verəcək, həmçinin kommersiya reyslərinin sayının artmasına kömək edəcək.

1news.az

 

Paylaş:
822

Son xəbərlər

Bütün xəbərlər