Nazarbayev Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına çağırıb | 1news.az | Xəbərlər
Siyasət

Nazarbayev Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına çağırıb

19:50 - 06 / 04 / 2016
Nazarbayev Azərbaycan və Ermənistan prezidentlərini Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına çağırıb

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan və Ermənistan prezidentləri ilə telefon əlaqəsi saxlayıb.

Bu haqda Qazaxıstan prezidentinin rəsmi saytına qeyd olunur.

Telefon danışığı zamanı N.Nazarbayev Dağlıq Qarabağ ətrafında baş verən son hadisələrdə həyatını itirən mülki insanlar və hərbi qulluqçularla bağlı başsağlığı verib.

Qazaxıstan prezidenti hər iki lideri gərginliyin azaldılmasına və beynəlxalq hüquq əsasında danışıqların bərpa olunmasına çağırıb.

“Burada əsas rol Minsk qrupuna aiddir”, - deyə məlumatda qeyd edilib.

Telefon danışığı zamanı ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə olunub.

1news.az

Paylaş:
897

Son xəbərlər

Bütün xəbərlər