“Frankfurter Allgemeine Zeitung” qəzeti Ermənistan prezidentini Almaniyada sensasiyalı məqalə ilə “salamlayıb” | 1news.az | Xəbərlər
Siyasət

“Frankfurter Allgemeine Zeitung” qəzeti Ermənistan prezidentini Almaniyada sensasiyalı məqalə ilə “salamlayıb”

21:09 - 06 / 04 / 2016
“Frankfurter Allgemeine Zeitung” qəzeti Ermənistan prezidentini Almaniyada sensasiyalı məqalə ilə “salamlayıb”

Almaniyanın aparıcı “Frankfurter Allgemeine Zeitung”qəzetində Ermənistan prezidenti Serj Sarkisyan barədə “Müharibə ilə sınanmış” adlı məqalə dərc olunub.

Sarkisyanın Almaniyaya səfəri ilə bağlı yazılmış məqalədə bildirilir ki, Berlində müzakirə ediləcək əsas mövzulardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olacaq.

Müəllif yazır: “Sarkisyan Berlində yenə də cəbhə xəttində yaranmış eskalasiyaya görə təkcə Azərbaycanın məsuliyyət daşıması haqda olan mövqeyini ortaya qoyacaq. Halbuki beynəlxalq birlik hər zaman Dağlıq Qarabağın və Azərbaycanın digər bölgələrinin davamlı işğalını tənqid edir”.

Məqalədə bildirilir ki, Sarkisyan müharibə illərində Dağlıq Qarabağda hərbi qüvvələrin yaradılması prosesində iştirak edib. O, özü də döyüşlərin iştirakçısı olub. Ermənistan prezidenti 1993-cü ilədək “erməni özünümüdafiə qüvvələri komitəsi”nə rəhbərlik edib, sonralar Ermənistan hökumətində müdafiə, daxili işlər və milli təhlükəsizlik naziri vəzifələrini tutub.

Diqqətə çatdırılır ki, Ermənistanın bir çox problemləri var. Regionda təcrid vəziyyətinə düşmüş, üç milyonluq əhalisi olan bu ölkədə insanların üçdə biri yoxsulluq şəraitində yaşayır. Siyasi elita rüşvətxordur, gənclər isə ölkəni tərk edirlər. İqtisadi böhran Ermənistana da öz təsirini göstərir. Bu ölkəyə xarici pul köçürmələrinin miqdarı əhəmiyyətli dərəcədə azalıb. 2015-ci ilin yayında elektrik enerjisinin qiymətinin artmasına qarşı keçirilmiş etirazların qarşısı zorakılıqla alınıb”.

Vurğulanır ki, Sarkisyan onun şəxsi maraqlarına uyğun olaraq Ermənistanda prezident respublikasından parlament respublikasına keçid naminə keçən ilin dekabr ayında referendum yolu ilə konstitusiya islahatları həyata keçirib. Seçki müşahidəçilərinin məlumatına görə referendum zamanı görünməmiş sayda qanun pozuntuları olub.

AZƏRTAC

Paylaş:
607

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər