Bolqarıstan prezidenti: Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüququn prinsipləri əsasında həll edilməlidir
Bolqarıstan prezidenti Rosen Plevneliyev Dağlıq Qarabağda mülki şəxslərin ölməsi ilə nəticələnən hərbi münaqişədən dərin narahatlığını ifadə edib və atəşkəsin bərpa olunmasının önəmini bildirib.
Bolqarıstan Prezidenti Administrasiyasının məlumatına görə, dövlət başçısı deyib ki, Bolqarıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn prinsipləri, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunmasının vacibliyini dəfələrlə bəyan edib. O, münaqişənin yalnız sülh danışıqları əsasında həll olunacağının mümkünlüyünü bildirib.
AZƏRTAC
761