Mübariz Əhmədoğlu: “Ermənistan ordusunda vahid komandanlıq yoxdur” | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: “Ermənistan ordusunda vahid komandanlıq yoxdur”

16:11 - 07 / 04 / 2016
Mübariz Əhmədoğlu: “Ermənistan ordusunda vahid komandanlıq yoxdur”

Vaxtı ilə Qarabağda döyüşmüş döyüşçülər Ermənistan Müdafiə Nazirliyinin əmrinə tabe olmurlar.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanda baş verən son dövrləri şərh edərkən deyib. O fikrini atəşkəsin razılaşdırılmasına baxmayaraq Ermənistandan “könüllülülərin” Dağlıq Qarabağa getməkdə davam etmələri ilə izah edib.

“Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bildirdi ki, atəşkəsin razılaşdırılmasına baxmayaraq Ermənistandan “könüllülülər” Dağlıq Qarabağa getməkdə davam edirlər. Hazırda “Yerkrap”ın başçısı, general-mayor Manvel Qriqoryan  keçmiş döyüşçülərdən ibarət böyük dəstə ilə Dağlıq Qarabağdadır. ASALA da özünün Dağlıq Qarabağda olduğunu artıq bildirib və bütün dünya ermənilərinə Dağlıq Qarabağa gəlməkdən ötrü müraciət edib.

Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin dediyindən ən azı aydın görünür ki, artıq “Yerkrap” və vaxtı ilə Dağlıq Qarabağda döyüşmüş digər döyüşçülər Müdafiə Nazirliyinin əmrinə tabe olmurlar. Müdafiə naziri müavinini Moskvaya göndərir, atəşkəs müqaviləsi imzalatdırır, bu tərəfdən də  keçmiş döyüşçüləri Qarabağa göndərir. Yəni, bu belə paradoksal vəziyyət elə Ohanyanın özü üçün də problem yaradacaq”.

“Yerkrap”ın başçısı Manvel Qriqoryanın Dağlıq Qarabağın “azad olunmasında” özünü R.Köçəryan və S.Sərkisyandan daha haqlı saydığını deyən M.Əhmədoğlu hesab edir ki, hərbi əməliyyatlar ermənilər üçün uğurlu istiqamətə çevrilməzsə M.Qriqoryan hakimiyyət çevrilişinə cəhd göstərə bilər.

“M.Qriqoryan 2008-ci ilin 1 mart hadisələri zamanı müxalifətə keçmiş generaldır. Onun siyasi müxalifətçilik, həbsxana təcrübəsi var. Həbsxanadan qayıtdıqdan sonra yenidən prezident S.Sərkisyanı özü ilə hesablaşmağa məcbur etdi; “Yerkrap”ı özünə qaytardı. İki dəfə deputat seçilib. Hərbi əməliyyatlar ermənilər üçün uğurlu istiqamətə çevrilməzsə M.Qriqoryan Dağlıq Qarabağda indiki de-fakto hakimiyyəti dəyişməyə cəhd edəcək. Sonra “Qarabağdakı məğlubiyyətlərin günahı Yerevandadır” şüarı ilə Dağlıq Qarabağdan hərbiçilərin böyük bir qismini götürüb Yerevana  hakimiyyəti dəyişməyə gedəcək.

Bunu M.Qriqoryan etməyəcəksə başqa erməni edəcək. Dağlıq Qarabağ müharibəsinin keçmiş iştirakçıları S.Sərkisyan hakimiyyətindən xeyli narazıdırlar. Onlar ağır sosial vəziyyətlərini siyasi müstəviyə keçiriblər.

Həm Dağlıq Qarabağ müharibəsi regionunda, həm də Ermənistanın daxilində yaxın vaxtlarda yeni vəziyyət yarana bilər”.

1news.az

Paylaş:
781

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər