Zakir Qaralov AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Zakir Qaralov AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi ilə görüşüb

17:56 - 07 / 04 / 2016
Zakir Qaralov AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi ilə görüşüb

Baş prokuror Zakir Qaralov Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın məlumatına görə, baş prokuror Ermənistanın silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn normaları pozularaq 25 ildən artıq müddət ərzində Azərbaycan ərazilərinin işğal altında saxlanılması, 1 milyondan artıq azərbaycanlının öz torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilməsi, işğal altında olan ərazilərdə bütün infrastruktur və mədəniyyət abidələrinin dağıdılması barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar və dünya dövlətləri işğal faktını təsdiqləyib, bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi rəhbər tutularaq həll edilməsi, qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən çoxsaylı qərarlar qəbul olunub.

Görüşdə aprelin 2-dən başlayaraq Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində erməni silahlı qövvələrinin vəziyyəti gərginləşdirərək atəşkəs rejimini pozması nəticəsində Tərtər, Agdam və Füzuli rayonları ərazində yaşayan mülki əhali arasında ilkilərin olması və dinc əhalinin yüzlərlə mülkiyyətinə ziyan vurulması barədə məlumat verilib.

AŞPA ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın dinamik inkişaf etdiyini bildirən baş prokuror, Prezident İlham Əliyevin ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi ilə bağlı imzaladığı mütərəqqi qanunvericilik aktları, həyata keçirilən islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün yaradılmış normativ-hüquqi baza və korrupsiyaya qarşı mübarizə sahəsində görülən konkret işlər barədə ətraflı məlumat verərək əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsinə böyük önəm verildiyini xüsusi vurğulayıb. 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran baş prokuror, respublikamızda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işləri xüsusi qeyd edib.

Azərbaycan Respublikasına səfərindən məmnunluğunu ifadə edən Ş.Şennak ətraflı məlumata görə öz təşəkkürünü bildirməklə ölkəmizin Avropa Şurası ilə əməkdaşlığını təqdir edib və məhkəmə-hüquq sistemində aparılan islahatlardan məmnun olduğunu bildirib.

Görüşdə insan haqlarının müdafiəsinin daha da gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
632

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər