Romada Ermənistan əleyhinə aksiya keçirilib – FOTO
Bu gün İtaliyanın paytaxtı Roma şəhərində İtaliya Parlamentinin önündə son günlərdə təmas xəttində baş verən hadisələrlə bağlı aksiya təşkil olunub.
1news.az-ın məlumatına görə, Azərbaycan-İtaliya Gənclər Assosiasiyası tərəfindən təşkil olunan aksiyaya qatılan təşkilatın üzvləri erməni ordusunun cəbhəyanı bölgələrdə dinc sakinləri atəşə tutmasını ilə bağlı öz etriazalarını bildirməklə yanaşı, erməni ordusunun Qarabağı tərk etməsi Dağlıq Qarabağ ərazisinin tamamilə Azərbaycana qaytarılmasını tələb ediblər.
Aksiyada iştirak edənlər erməni yalanlarına son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə bağlı şüarlar səsləndiriblər.
Təşkilatın rəhbəri Fərid Abbasov bildirib ki, Ermənistan səfirliyinin İtaliya Xarici İşlər Nazirlyinə təyziqlərinə baxmayaraq sabah səfirliyin qarşısında da aksiya təşkil olunacaq.
1news.az