Prezident İlham Əliyevin tapşırığı ilə Xüsusi Tibb Xidmətinin həkim briqadası cəbhəyanı bölgədə olub | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyevin tapşırığı ilə Xüsusi Tibb Xidmətinin həkim briqadası cəbhəyanı bölgədə olub

20:24 - 07 / 04 / 2016
Prezident İlham Əliyevin tapşırığı ilə Xüsusi Tibb Xidmətinin həkim briqadası cəbhəyanı bölgədə olub

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyevin başçılığı ilə müxtəlif ixtisaslı mütəxəssislərdən ibarət böyük bir həkim briqadası yaralı əsgərlərimizi müayinə etmək, onlara tibbi və mənəvi dəstək göstərmək üçün Gəncə şəhərində olub.

1news.az -ın məlumatına görə, Xüsusi Tibb Xidmətindən bildiriblər ki, Azərbaycanın bu taleyüklü günlərində həkimlər Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmiş xəstələrlə görüşüb, onlara hərtərəfli tibbi yardım göstəriblər. Akademik Cəmil Əliyevin rəhbərlik etdiyi briqada cəbhə bölgəsində döyüşən əsgərlərimizə yardım olaraq özü ilə 300 min manatlıqdan çox dərman preparatı, sarğı materialları və digər zəruri ləvazimatlar gətirib.

Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, akademik Cəmil Əliyev dedi:

- Aprelin 1-dən etibarən erməni silahlı qüvvələrinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində əsgərlərimizi və sərhəd bölgəsində yaşayan dinc əhalini fitnəkarlıqla ağır çaplı silahlardan atəşə tutması, mülki əhali arasında ölənlərin və yaralananların olması cəmiyyətimizdə böyük narazılıq və hiddət yaratdı. Buna cavab olaraq, Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr endirməsi, bir neçə yaşayış məntəqəsini və strateji yüksəklikləri azad etməsi, erməni əsgərlərinin çaşqınlıq və vahimə içərisində döyüş meydanını qoyub biabırçılıqla qaçması ictimaiyyətdə böyük ruh yüksəkliyi, işğal altında olan torpaqlarımızın tezliklə düşməndən təmizlənəcəyinə çox böyük inam yaratdı, hamıda sonsuz sevinc doğurdu. Hətta bizim xəstəxanada baş çəkdiyimiz, yardım etdiyimiz yaralıların demək olar hamısının tezliklə sağalaraq yenidən döyüşə atılmaq istədiyini görmək nə qədər xoş və qürurverici idi! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığını yerinə yetirərkən bir daha əmin olduq ki, xalq öz rəhbəri, öz ordusu və öz övladları ilə birlikdədir və həmişə də birlikdə olacaqdır.

Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə çox böyük zərbə endirdi, onun döyüş ruhunu birdəfəlik sındırdı. Son məlumatlara görə, döyüş bölgəsini 3 min nəfərdən çox erməni tərk edərək qaçıb. Dövlətimiz növbəti dəfə sülhsevərlik nümunəsi göstərərək atəşkəs elan etmişdir. Ermənilərə yüksək səviyyədə xəbərdarlıq edilmişdir ki, yenidən fitnəkarlığa əl atsalar, onda daha sarsıdıcı məğlubiyyətlərlə üzləşəcəklər. Biz ordumuza ürəkdən inanır və onunla fəxr edirik!

Akademik Cəmil Əliyev onu da vurğuladı ki, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin kollektivi hər zaman ordumuzun yanındadır və Silahlı Qüvvələrimizin bütün qoşun növlərinin hissələrinə, əsgərlərinə daim tibbi yardım göstərməyə hazırdır. Bu ənənə gələcəkdə də birmənalı şəkildə davam etdiriləcəkdir.

AZƏRTAC

Paylaş:
566

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər