Bakıda Azərbaycan Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilib
7 aprel tarixində Bakıda Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin işgüzar səhər yeməyi keçirilir.
1news.az xəbər verir ki, bir qədər sonra tərəflərin daha geniş tərkibdə 3 tərəfli görüşü başlayacaq.
Üçtərəfli görüşlərin keçirilməsi bir neçə ay əvvəldən planlaşdırılıb. Görüşdə regional əməkdaşlıq, perspektiv nəqliyyat layihələri və Xəzər dənizində çoxtərəfli qarşılıqlı əlaqələr məsələsi müzakirə olunacaq.
Dağlıq Qarabağda baş verən son hadisələr fonunda Bakı görüşü nisbətən fərqli xarakter daşıyır. Bunu Rusiya XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova görüş öncəsində bildirib.
Mövzu ilə əlaqədar oxuyun:
Prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri ilə görüşüb – FOTO
Xatırladaq ki, aprelin 1-dən 2-nə keçən gecə Dağlıq rabağın münaqişə olan təmas xəttində vəziyyət gərginləşib. Bu günlərdə atəşkəsin imzalandığı 22 il ərzində ən geniş əhatəli döyüşlər baş verib.
Azərbaycan Müdafiə Nazirlyinin verdiyi məlumata görə Azərbaycan silahlı qüvvələri Ermənistanın birinci müdafiə xəttini qıraraq bir neçə strateji yüksəklik və yaşayış məntəqəsi üzərində n əzarəti ələ keçirib.
5 aprel tarixində Müdafiə Nazirliyindən bildirilib ki, saat 12:00-da tərəflərin razılığı ilə təmas xəttində hərbi əməliyyatlar dayandırılıb.
1news.az