Rasim Musabəyov: “Azərbaycansız regional geosiyasət mümkün deyil” | 1news.az | Xəbərlər
Siyasət

Rasim Musabəyov: “Azərbaycansız regional geosiyasət mümkün deyil”

10:39 - 08 / 04 / 2016
Rasim Musabəyov: “Azərbaycansız regional geosiyasət mümkün deyil”

Aprelin 5-də Tehranda Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirlərinin IV üçtərəfli görüşü keçirilib.

Bunun ardınca Bakıda aprelin 7-də bu formatda Rusiya, İran və Azərbaycan XİN rəhbərlərinin üçtərəfli görüşü keçirilib. İştirakçılar terrorizmlə mübarizədən tutmuş Xəzər məsələsini, həmçinin energetika və kommunikasiya sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələləri geniş müzakirə ediblər. Həmçinin görüş zamanı irimiqyaslı “Şimal-Cənub” dəmiryolu layihəsinin həyata keçirilməsi də müzakirə olunub.

Göründüyü kimi, regionda üçtərəli görüş təcrübəsi müntəzəm xarakter alıb.

Daha əvvəl Tiflisdə Türkiyə, Azərbaycan və Gürcüstanın xarici işlər nazirlərinin növbəti görüşü keçirilmişdi. Ötən il isə Türkiyə, Azərbaycan və Türkmənistanın iştirakı ilə ilk görüş təşkil olunmuşdu.

Yuxarıda sadalanalardan aydındır ki,Azərbaycan çoxtərəfli formatda təhlükəsizlik və əməkdaşlıqla bağlı məsələləri üzrə regional dialoqun vacib iştirakçısıdır. Bununla yanaşı, yalnız XİN rəhbərləri deyil, həmçinin zaman-zaman prezidentlər, müdafiə nazirləri, FHN, Dövlət Sərhəd Xidmətinin rəhbərləri və s. də görüşür. Bəyan olunub ki, XİN rəhbərlərinin görüşünün ardınca Bakıda prezidentlərin: İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin üçtərəfli görüşünə də hazırlıqlara başlanılıb. Bu, ölkəmizin artan xarici siyasət çəkisinin və regionda istənilən geosiyasi üçbucaqların əsas tamamlayıcı ölkəsiqismində təsdiq edilməsi deyilmi?

Ermənistanın isə bütün bu bölgülərdə heç yaxından da görünmür. Beləliklə, bu ölkənin analitik və təxribatçıları, eləcə də Rusiya KİV-indəki yaltaqları Ermənistanınxəyali “güclü beynəlxalq dəstək” haqda və Azərbaycanın mövcud olmayan “diplomatik təcridini” yaymaqdansa, həqiqəti olduğu kimi görmələri yaxşı olardı.

Eyni zamanda İrəvanda xarici işlər naziri Edvarda Nalbandyanın istefaya göndərmək çağırşları gündən-günə artmaqdadır, bütün tənqidçilər təsdiq edirlər ki, bununla belə o,üzündəki özündən razılığını saxlamağı bacarır.

1news.az

Paylaş:
748

Son xəbərlər

Sabah külək güclənəcək - sarı və narıncı xəbərdarlıq verilibBu gün, 18:22Tovuzdakı partlayışla bağlı FHN məlumat yayıb - Xəsarət alan varBu gün, 17:38Azərbaycanda “Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı” dəyişibBu gün, 17:35AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət veribBu gün, 16:57Tovuzda partlayış olub, xəsarət alanlar var - FOTOBu gün, 16:28Azercell jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil etdi - FOTOBu gün, 16:07Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilirBu gün, 15:29Fuat Oktay: Sülh üçün Zəngəzur dəhlizinin açılması əhəmiyyətlidirBu gün, 14:51Sahibə Qafarova: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardırBu gün, 14:22Milli Məclisdə Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİBBu gün, 14:12Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub - İki nazirlik məlumat yaydıBu gün, 13:50Sumqayıtda beşmərtəbəli binada yanğın olub, 5 nəfər təxliyə edilib - VİDEOBu gün, 13:45Sabah hava necə olacaq? - ProqnozBu gün, 13:03Müşfiqabad qəsəbəsində 2000-ə yaxın Eldar şamı və zeytun ağacı əkilibBu gün, 12:57Azərbaycan gömrükçüləri külli miqdarda pirotexniki vasitə aşkarlayıbBu gün, 12:14Fuat Oktay: “Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq bir gələcək qurmaq iradəsinin ən konkret göstəricisi olub”Bu gün, 11:41Binədə qanunsuz tikililər sökülübBu gün, 11:34Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıbBu gün, 11:23Spiker: AŞPA və Avropa Parlamenti Azərbaycanın daxili işlərinə müdaxilə etməyə çalışırBu gün, 11:08Düşən yağıntının miqdarı 3 milli metrədək olub - Faktiki havaBu gün, 10:58
Bütün xəbərlər