Kopenhagendə Ermənistan səfirliyi qarşsında etiraz aksiyası keçirilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Kopenhagendə Ermənistan səfirliyi qarşsında etiraz aksiyası keçirilib – FOTO

10:48 - 08 / 04 / 2016
Kopenhagendə Ermənistan səfirliyi qarşsında etiraz aksiyası keçirilib – FOTO

Danimarkada yaşayan azərbaycanlılar son günlər Ermənistan ordusu  tərəfindən atəşkəsin pozulması və cəbhədə törətdikləri hərbi təxribatlara etiraz etmək məqsədi ilə Ermənistanın Danimarkadakı səfirliyi qarşısında aksiya keçirib.

1news.az-ın məlumatına görə, Danimarkada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı  “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan  etiraz aksiyasında türk və türkmən diaspor təşkilatlarının nümayəndələri də iştirak edib.

Mitinq Azərbaycan Dövlət himninin səslənməsi ilə başlayıb. Daha sonra çıxış edənlər aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində  Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını, dinc Azərbaycan əhalisinin atəşə tutulmasını qəti şəkildə pisləyiblər.

Çıxışçılar həmçinin, Ermənistan dövlətini BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnaməsini yerinə yetirməyə, Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyə çağırıblar.

Mitinqin sonunda Ermənistan  səfirliyinə əməkdaşlarına mitinqin bəyannaməsi təqdim edilsə də,  səfirlik əməkdaşları bəyannaməni qəbul etməkdən imtina ediblər. Səfirliyin qarşısındakı poçt qutusu bağlı olduğundan aksiya iştirakçıları bəyannaməni poçt vasitəsi ilə göndəriblər.

1news.az

Paylaş:
607

Son xəbərlər

Bütün xəbərlər