Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Prezident İlham Əliyevə müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Prezident İlham Əliyevə müraciət ünvanlayıb

21:46 - 09 / 04 / 2016
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Elsa Papadimitriou Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə,müraciətdə deyilir:

"Zati-aliləri, 

Son vaxtlar Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması bizi ciddi narahat edir. Biz təcavüzkarı pisləyir, Azərbaycanın haqq işini dəstəkləyirik. Azərbaycana dəstəyimizi ifadə etmiş, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması, təcavüzkara beynəlxalq təzyiq göstərilməsi üçün petisiyanı biz də imzalamışıq. Petisiyada Dağlıq Qarabağda Ermənistanın təcavüzkar əməllərinə son qoyulması barədə Prezident Obamaya müraciət edilib. Bu günlərdə ABŞ-dan, Avropadan, beynəlxalq siyasi forumlardan və akademik dairələrdən olan çox nüfuzlu insanlar Avropa Şurasının üzvü olan iki dövlət arasındakı bu münaqişənin indiki vəziyyətində Azərbaycanı dəstəkləyirlər.

Hörmətli cənab Prezident, icazə verin torpaqları işğal altında olan Azərbaycana və şəxsən Sizə güclü dəstəyimi ifadə edim. Azərbaycan tolerant ölkədir və dünyaya öz multikulturalizm mesajlarını göndərir. Bu mesajlar xalqlarımızı daha yaxşı dünyaya aparmaq üçün düşünməyə əsas verir.

Bizim qəti mövqeyimiz belədir ki, münaqişənin ədalətli həlli üçün Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər yeddi rayonunun işğalına son qoyulmalıdır. Bu yolda Azərbaycana və Sizə əlimizdən gələn dəstəyi verməyə hazırıq.

Tam səmimiyyətimlə deyirəm ki, dahi şairiniz Nizami Gəncəvinin yazdıqları mənim yunan əcdadlarımın dünyaya miras qoyduqları dəyərlərlə eynidir".

President.az

 

Paylaş:
666

Son xəbərlər

Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40
Bütün xəbərlər