İlham Əliyev Hindistan prezidentinə başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev Hindistan prezidenti Pranab Mukherciyə başsağlığı verib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, başsağlığı məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Paravur şəhərindəki Puttinqal məbədində baş vermiş yanğın nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Hindistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.
1news.az
790