İlham Əliyevə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən məktublar gəlməkdə davam edir | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyevə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən məktublar gəlməkdə davam edir

19:55 - 11 / 04 / 2016
İlham Əliyevə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən məktublar gəlməkdə davam edir

İordaniyanın Baş naziri (1991) Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Tahir Əl-Masri Prezident İlham Əliyevə məktub göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bu yaxınlarda gərginliyin artması nəticəsində həm mülki vətəndaşların, həm də hərbçilərin həlak olması ilə bağlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığımızı qəbul etməyinizi xahiş edirik.

Biz də beynəlxalq ictimaiyyətə qoşularaq 1994-cü ildə əldə edilmiş atəşkəsin bu yaxınlarda təhlükəli şəkildə pozulması ilə bağlı ciddi narahatlığımızı ifadə edirik. Qoşunların təmas xəttində gərginliyin artması bütün regionun sabitliyi üçün təhdiddir.

İndiki vəziyyət bütün mümkün diplomatik kanalları işə salmaq, o cümlədən ATƏT-in və Minsk qrupunun üzvlərinin səylərindən istifadə edərək münaqişənin ədalətli həllinə nail olmaq, beynəlxalq səviyyədə bütün vasitələrdən yararlanaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün yaxşı imkandır.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu beynəlxalq hüququn norma və prinsipləri tələb edir.

Cənab Prezident, bizim yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

1news.az

Paylaş:
630

Son xəbərlər

31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50
Bütün xəbərlər