İstanbulda İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilir -FOTO | 1news.az | Xəbərlər
Siyasət

İstanbulda İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilir -FOTO

14:33 - 12 / 04 / 2016
İstanbulda İƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı keçirilir -FOTO

Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 13-cü Sammiti çərçivəsində xarici işlər nazirlərinin toplantısı işə başlayıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycanı toplantıda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.

Tədbirin açılışında “Qurani-Kərim”dən ayələr oxunub.

Misir tərəfinin sədrliyi ilə “Ədalət və sülh üçün birlik və əməkdaşlıq” devizi ilə keçirilən toplantının açılışında İƏT-in baş katibi İyad bin Amin Mədəni və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış ediblər.

Çıxışlarda İslam ölkələri arasında birliyin və müsəlman dünyasındakı mövcud münaqişələrin həllinin vacibliyi vurğulanıb, qaçqın problemindən, inkişaf və tərəqqi yollarından bəhs olunub.

İslam dünyasındakı münaqişələrin ədalətli həllinin vacibliyini diqqətə çatdıran Mövlud Çavuşoğlu bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İslam ölkələrinin bu məsələdə həmrəyliyi münaqişənin ədalətli həllinə töhfə verə bilər. Nazir deyib ki, İƏT-in İstanbul Sammitinin dünyadakı digər münaqişələrlə yanaşı, Dağlıq Qarabağ problemi ilə bağlı daha bir qərar qəbul etməsinə ehtiyac var. Münaqişə yalnız BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair məlum qətnamələrinə uyğun olaraq, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmalıdır.

Sonra gündəlikdə duran məsələlər elan edilib.

1news.az

 

Paylaş:
452

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər