Məleykə Abbaszadə: “Dövlət İmtahan Mərkəzinin yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Məleykə Abbaszadə: “Dövlət İmtahan Mərkəzinin yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək”

15:30 - 12 / 04 / 2016
Məleykə Abbaszadə: “Dövlət İmtahan Mərkəzinin yaradılması qəbul qaydalarına heç bir təsir göstərməyəcək”

"Dövlət İmtahan Mərkəzinin yaradılması ali məktəblərə qəbul olmağa hazırlaşan abituriyentlərə heç bir təsir göstərməyəcək. Onların işinə heç kim zərər vurmayacaq. Bu Mərkəzin yaradılması idarəetmədə olan bir dəyişiklikdir".

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Hazırda sənəd qəbulunun aparıldığını xatırladan M.Abbaszadə qeyd edib ki, son dəyişikliklər bu prosesə təsir göstərməyəcək və sənəd qəbulu davam edəcək.

Komissiya sədri qeyd edib ki, imtahanların mahiyyəti ilə bağlı heç bir dəyişiklik edilməyəcək:

"İmtahanların keçirilməsi, onların mahiyyəti, abituriyentlərin imtahanlara hazırlıq prosesi ilə əlaqədar dəyişikliklər olmayacaq. İmtahanın mahiyyətinə aid olan dəyişikliklər abituriyentlərə bir il əvvəl elan edilir. Bu ilin qəbul qaydaları isə elan edilib, onlar artıq dəyişdirilə bilməz".

M.Abbaszadə hazırda TQDK-nın öz fəaliyyətini davam etdirdiyini deyib:

"Bir sıra hüquqi prosedurlar yerinə yetiriləndən - yeni qurum dövlət reyestrinə daxil edildikdən sonra biz fəaliyyətimizi dayandıracağıq. Yeni struktur dövlət qeydiyyatına alınana qədər isə öz işimizi davam etdirməliyik. Buna görə də Prezidentin fərmanına əsasən, biz öz işimizi hələ davam etdiririk".

M.Abbaszadə Dövlət İmtahan Mərkəzinin yaradılması ilə əlaqədar idarəetmədə olan dəyişikliklərin proseslərin daha da şəffaflaşmasına xidmət edəcəyini söyləyib.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Dövlət İmtahan Mərkəzi ölkədə dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını), orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasındamagistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır.

Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.

1news.az

Paylaş:
1588

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər