Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden Filialı Almaniya hökumətinə etiraz müraciət ünvanlayıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden Filialı Almaniya hökumətinə etiraz müraciət ünvanlayıb - FOTO

17:06 - 12 / 04 / 2016
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden Filialı Almaniya hökumətinə etiraz müraciət ünvanlayıb - FOTO

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialı Almaniya hökumətinə etiraz müraciəti ünvanlayıb.

1news.az-ın məlumatına görə, Azərbaycan torpaqlarını zəbt edən işğalçı ölkənin prezidenti Serj Sarkisyanın Almaniyaya səfərinə qarşı keçirilən etiraz aksiyasında öz üzvləri ilə yaxından iştirak edən qurumun müraciətində erməni silahlı birləşmələri tərəfindən mülki əhalinin atəşə tutulmasından dünya ictimaiyyətinin narahatlıq keçirdiyi ifadə olunur.

Eyni zamanda vurğulanır ki, BMT-nin Təhlükəsizlik Şurasının bu münqişənin həll olunması və bununla erməni silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycana məxsus olan torpaqlardan çıxarılmasına dair qətnamələri bu günədək icra olunmamış qalır.

Müraciətdə erməni silahlı birləşmələrinin hücumu nəticəsində Azərbaycanın 20 faiz torpağının işal olunması və 1 milyona yaxın azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsi, münaqişə nəticəsində yaranan insan tələfatı, maddi-mədəniyyət abidələrinin, elm-təhsil müəssisələrinin, dini ibadət yerlərinin, saysız-hesabsız yaşayış evlərinin dağıdılması əsas gətirilərək Almaniya hökumətindən münaqişənin sülh yolu ilə həlli üçün işğalçı rejimə diplomatik təzyiqlər göstərməsi tələb edilir.

Bu konfliktin həllində Azərbaycan hökumətinin sülh tərəfdarı olduğu müraciətdə qeyd edilir. Mərkəzin Drezden Filialı tərəqqipərvər dünya ictimaiyyətini münaqişənin sülh yolu ilə həll olunmasına köməklik göstərməyə və insan tələfatının qarşısını almaq üçün səylərini artırmağa dəvət edir.

Müraciət Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Drezden filialının icraçı direktoru professor Birgit Vaysgerber tərəfindən imzalanıb.

1news.az

Paylaş:
495

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər