Bakıda Bərdə sakinini avtomat silahla yaraladılar
Bakıda silahlı insident olub.
1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə dünən paytaxtın Binəqədi rayonunun Cavadxan küşəsində qeydə alınıb.
Belə ki, şəxsiyyəti məlum olmayan 2 nəfər həmin ərazidə kirayədə yaşayan Bərdə rayon sakini Hüseyn Qasımovun istiqamətində avtomat silahdan bir neçə dəfə atəş açıb. Nəticədə daban nahiyyəsindən güllə yarası almış H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşaları tərəfindən hadisə yerindən 10 ədəd 7,62 çaplı giliz götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
1news.az
567