Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri təyin olundu | 1news.az | Xəbərlər
Rəsmi

Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri təyin olundu

18:12 - 12 / 04 / 2016
Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri təyin olundu

Prezident İlham Əliyev M.M.Abbaszadənin Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilsin.

1news.az

Paylaş:
857

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər