Fuad Muradov: “Artıq ermənilər yaxşı anlayırlar ki, Azərbaycan torpaqlarını mütləq işğaldan azad edəcək” | 1news.az | Xəbərlər
Siyasət

Fuad Muradov: “Artıq ermənilər yaxşı anlayırlar ki, Azərbaycan torpaqlarını mütləq işğaldan azad edəcək”

11:43 - 13 / 04 / 2016
Fuad Muradov: “Artıq ermənilər yaxşı anlayırlar ki, Azərbaycan torpaqlarını mütləq işğaldan azad edəcək”

1news.az-ın Milli Məclisin Gənclər və İdman komitəsinin sədri Fuad Muradovla müsahibəsi:

Fuad müəllim, cəbhə xəttində baş verən son hadisələri siz necə qiymətləndirirsiniz?

- Hər şey cəmiyyətimizin gözü qarşısında baş verdi. İşğalçı Ermənistan yenidən hücuma keçdi, mülki azərbaycanlıları hədəf aldı. Məktəblərimizi dağıtdılar. Məktəblilərimiz bir daha erməni gülləsinin qurbanı oldu. Azərbaycan əsgəri ermənilərin bu vandal addımına cavab vermək məcburiyyətndə qaldı. Bu zaman Ermənistan çox böyük itkilərlə üzləşdi.

Təxminən 25 ilə yaxındır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Görünür uzun bir zamanın keçməsi Ermənistan tərəfdə başqa fikirlər yaradıb. Ona görə də yenidən hücuma keçiblər. Ancaq son hadisələr Ermənistana böyük bir dərs oldu. Bunun nəticəsidir ki, işğal edilmiş Azərbaycan torpaqlarında süni məskunlaşdırılan və son hadisələr zamanı oradan qaçan erməniləri Ermənistan hakimiyyəti geri qaytara bilmir. Artıq ermənilər yaxşı anlayırlar ki, Azərbaycan öz dədə-baba torpaqlarını mütləq şəkildə işğaldan azad edəcək. Azərbaycan xalqının bu istiqamətdə əzmi, Azərbaycan ordusunun gücü və onların Ali Baş Komandanımız ətrafında sıx birliyi Ermənistanı və onun havadarlarını ciddi narahat edir.

Fikir verdinizsə, Ermənistan az qala yalvararaq danışıqlara hazır olduğunu bəyan etdi. Ümumən demək istəyirəm ki, son hadisələr cəbhədə dönüş nöqtəsidir. Qələbənin başlanğıcıdır. Bir neçə istiqamətdə strateji yuksəkliklər Ermənistandan geri alındı. Düzdür, Ermənistan bizlə müqayisədə 10 dəfə çox itki verdi. Çox təəssüf edirəm ki, bu zaman biz də xeyli sayda şəhid verdik. 2016-cı ilin aprelin 1-5 də Şəhidlərimiz çox böyük və şanlı tarix yazdılar. Bir daha qeyd etmək istəyirəm ki, bu son hadisələr böyük qələbənin, torpaqlarımızın işğaldan azad edilməsinin başlanğıc mərhələsidir.

Siz uzun illərdir gənclər sektorunda çalışmısınız. İndi isə Milli Məclisin Gənclər və İdman komitəsinin sədrisiniz. Yeni nəsildə olan Vətənə sevgi hissi sizi qane edirmi?

- İndiki gənclik Sovet İttifaqı dövründə olan Azərbaycan gəncliyi ilə müqayisəyəgəlməzdir. Bəlkə də dövrün, zamanın diqtəsi də burada rol oynayır. Ancaq birmənalı şəkildə deyə bilərəm ki, Prezident İlham Əliyev dövrünün gəncliyi Azərbaycan tarixi dövründə ölkəsinə, millətinə, dövlətinə daha sıx bağlı olan nəsildir. Milli düşüncədə olan bir gənclikdir. Əminəm ki, bu gənclik İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana çox böyük uğurlar, qələbələr nəsib edəcək. Çünki bu nəslin formalaşması siyasətinin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub.

Heydər Əliyev ideyaları indi İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Biz indi bunun bəhrəsini görməkdəyik. Elə cəbhədə son hadisələr zamanı gəncliyin tutduğu mövqe hamımızın gözü qarşısnda oldu. Məncə əlavə şərhə heç bir ehtiyac yoxdur.

Siz indiki gəncliyin mütləq böyük tarix yazacağına çox əminsiniz. Bu əminliyi nəylə əsaslandıra bilərsiniz?

- Bilirsiniz, burada şəxsi nümunə böyük rol oynayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mənada bir örnəkdir. Onun rəhbərliyi ilə tarixə həkk olunan kifayət qədər hadisələr baş verib. Çox da uzağa getməyək, martın 15-də Azərbaycan Prezidentinin Türkiyə səfərini xatırlamaq dediklərimin sübutu üçün kifayət edir. Tarixdə saysız dövlət başçıları olub. Ancaq tarix yazmaq hər dövlət başçısına qismət omur. Azərbaycan Prezidenti bu ilin martın 15-də hansı geosituasiyada Anakaraya səfər etdiyini xatırlayın. Belə bir lideri olan gəncliyin, belə bir prezidenti olan millətin başqa yol seçmək haqqı da yoxdur. Müstəqilliyimiz üçün hər şeyə hazır olan gəncliyimiz var.

Azərbaycanı xaricdə təmsil edən gənc və güclü insanlarımız var. Elmi, biliyi ilə dünya səviyyəli gənclərimiz var. Bu gün Azərbaycanda idmana xüsusi diqqət var. Bu, Prezidentimizin xüsusilə nəzarətindədir. Baxın, döyüşdə şəhid olanlarımız ən azı 10 düşməni məhv edib. Bu fiziki gücün, sağlam ruhun, milli təəssübkeşliyin, müstəqillik eşqi ilə yanmağın bariz nümunəsidir.

Bəzən cəmiyyətdə “Şəhid ailələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi zəruridir” kimi fikirlər də ortaya çıxır. Təklifləriniz varmı?

- Təbii ki, şəhid ailələri üçün nələr edilsə, yenə də azdır. Çünki bir ailədə insan itkisini heç nə ilə əvəzləmək mümkün deyil. Bu, məsələnin başqa tərəfidir. Ancaq onu da bilməliyik ki, şəhidlik elə yüksək bir zirvədir ki, o zirvədə bir ailənin övladı olmur. Şəhid bütöv bir millətin, xalqın övladı olur. Bütöv bir millət onunla fəxr edir, onunla qürur duyur, onu yad edir, anır. Hər bir şəhid bizim üçün əzizdir. Bizim üçün müqəddəsdir. Bu məsələ hər zaman dövlət başçısı İlham Əliyevin diqqətində olub.

Bir neçə gün öncə Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva şəhid anaları ilə görüşdü. Bir ana kimi onları dinlədi, dərdlərinə şərik çıxdı. Müdafiə naziri Zakir Həsənov yaralı əsgərin əlini öpdü. Budur Azərbaycan dövlətinin şəhidə, şəhid ailəsinə, əsgərə münasibəti. Qaldı qanunvericiliklə bağlı məsələyə, bu birbaşa bizim komitəyə aid olmasa da, yeni təkliflər verəcəyik.

Fuad müəllim, sizcə, insanlarımızın dövlət atributlarına olan münasibəti digər ölkələrlə müqayisədə zəif görünmür ki?

- Siz niyə bu fikirdəsiniz? Məgər aprelin 1-5 arası insanlar məcburən bayraqlara büründülər? Azərbaycan başdan-başa bayraqlar ölkəsinə çevrildi. Ola bilsin ki, bəzi dostlar bu fikirlərimə görə məndən inciyəcək. Ancaq həqiqəti deyəcəm. İndiki nəsil daha vətənpərvər, Azərbaycana daha çox bağlı, daha çox millidır. Dünyanın elə ölkəsi olmadı ki, bu hadisələr zamanı insanlarımız ayağa qalxmasın. Könüllülər ordusu yarandı. Bu, elə dövlətə olan münasibət idi, Vətənə olan münasibət idi.

Prezidentimiz yeni seçilən zaman “Mən bütün azərbaycanlıların prezidenti olacam” demişdi. İndi dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlı vətəndaşlığndan asılı olmayaraq Prezidentimizin çağırışına müntəzirdir, Azərbaycan üçün ayaqdadır. Mənə himnimizi bilməyən bir gənc göstərə bilərsinizmi? Mümükün deyil. Bir daha qeyd etmək istərdim ki, indiki nəsil daha milli, daha vətənpərvər, daha elmli, dünyəvi və dünya səviyyəsində sözünü deyə bilən nəsildir. Bu xüsusiyyətləri özündə cəmləşdirən bir nəsil üçün dövlət atributları çox dəyərli olur.

1news.az

Paylaş:
449

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər