Malena Mard: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə yüksək diqqət göstərir” | 1news.az | Xəbərlər
Siyasət

Malena Mard: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə yüksək diqqət göstərir”

13:28 - 14 / 04 / 2016
Malena Mard: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həllinə yüksək diqqət göstərir”

“Avropa İttifaqı Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü dəstəkləyir”.

1news.az-ın  məlumatına görə, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Dağlıq Qarabağ məsələsindən danışarkən Aİ hər zaman ATƏT-in Minsk qrupunun vasitəçilərin cəhdlərini dəstəkləyir, hər zaman bəyan edib ki, status kvo qəti deyil və manaqişənin sülh yolu ilə həll olunması üçün irəliləməlidir.

“Aİ-nin xüsusi təmsilçisi yüksək aktivlik nümayiş etdirir, bu isə Aİ-nin Dağlıq Qarabağ münaqişəsiə diqqətinin təzahürüdür. Aİ-nin  məqsədi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin həll olunmasıdır”,- deyə, M.Mard bildirib.

Avropa Parlamentinin bazar ertəsi keçirilən plenar iclası da Dağlıq Qarabağ münaqışəsi ilə bağlı dinləmələr keçirilib. Bu isə onu göstərir ki, beynəlxalq ictimaiyyət, xüsusən, Avropa İttifaqı münaqişənin həllinə böyük əhəmiyyət verir .

1news.az

 

Paylaş:
726

Son xəbərlər

Bütün xəbərlər