Washington Times: Qarabağ münaqişəsinin uzanması Rusiyanın regionda təsirinin artmasına gətirib çıxaracaq | 1news.az | Xəbərlər
Siyasət

Washington Times: Qarabağ münaqişəsinin uzanması Rusiyanın regionda təsirinin artmasına gətirib çıxaracaq

18:23 - 14 / 04 / 2016
Washington Times: Qarabağ münaqişəsinin uzanması Rusiyanın regionda təsirinin artmasına gətirib çıxaracaq

ABŞ Konqresi anlamalıdır ki, Azərbaycan və Ermənisran arasında atəşkəs daimi deyil, artıq regionda ədalətin bərpası və iki xalqın barışığı üçün tədbirlər görülməlidir.

Bu haqda İsrailin beynəlxalq kommunikasiyalar üzrə  tədqiqat mərkəzinin direktoru Mayan Jaffe Xoffman   (Maayan Jaffe-Hoffman) Washington Times saytındakı məqalədə yazıb.

Dərhal hərəkətə keçməyin vacibliyi bir də onunla əlaqədardır ki, Azərbaycanın 1 milyona yaxın qaçqını var. Onlar erməni işğalının qurbanıdır. Bu torpaqların Azərbaycana məxsus olduğu BMT-nin Təhlükəsizlik Şurasının  822, 853, 874 və  884 saylı qətnamələri ilə təsdiq olunub.

Müəllif hesab edir ki, yubanmaq olmaz, çünki “atəşkəs rejimi vulkanın üzərində dayanıb onun nə zaman püskürməyə başlayacağını gözləməyə bənzəyir. Bundan əlavə münaqişə Avropanın enerji təhlükəsizliyi üçün də risk yaradır. Azərbaycan neftinin, gəcəkdə isə qazın Qərbə nəqli ilə bağlı marşrutlar bu zaman risk altında qalır.

Bununla yanaşı məqalə müəllifi vurğulayır ki, Dağlıq-qarabağ münaqişəsinin uzanması Rusiyanın regionda təsirinin artmasına gətirib çıxarır.

“Məhz Moskva atışmanın dayandırılmasına nail oldu ( 5 aprel tarixində) bu isə Rusiyanın diplomatik imicini yüksəltdi”,-o, yazıb.

Müəllifin fikrincə bu hal Bakı və Vaşinqton arasındakı münasibətlərdə problem yaradır.

“Moskva Ermənistanın tərəfindədir. O, tamamilə İrəvana hakimdir”, -deyə, daha əvvəl Jerusalem Post qqəzetində redaktor və  Baltimore Jewish Times –da baş redaktor işləyən  Jaffe-Hoffman yazır.

“Əgər Moskva regiona daha çox müdaxilə etsə Türkiyə kənarda qalmayacaq, cünki qardaş Azərbaycan xalqını dəstəkləyir. Hadisələrin belə inkişafı regional müharibə ilə nəticələnə bilər. Region daha bir zorakılıq partlayışına tab gətirə bilməz”,- Yaffe Hofman yazıb.

Məhz buna görə də müəllif Birləşmiş Ştatları aktivlik göstərməyə çağırır:O, Ermənistanı işğal olunmuş torpaqlardan qoşunlarını çıxarmağa məcbur etməli, azərbaycanlı qaçqınların regionqa qayıtmasına, Uzunmüddətli sülhə nail olmaq üçün Minsk prosesini aktivləşdirməlidir.

1news.az

 

Paylaş:
586

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər