Prezident İlham Əliyev Türkiyənin Baş naziri ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də İstanbulda Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin yüksək səviyyədə olması bildirildi, ölkələrimiz arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edildi.
Söhbət zamanı 30-dan çox dövlət başçısının iştirak etdiyi İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinin əhəmiyyəti vurğulandı.
Azərbaycan Prezidenti İlham Əliyev Sammitin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi və İslam Əməkdaşlıq Təşkilatına sədrliyi dövründə Türkiyəyə uğurlar arzuladı.
Görüşdə son vaxtlar Dağlıq Qarabağda cəbhə bölgəsində baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıldı.
1news.az