Con Kerri insan hüquqları sahəsində müsbət əməkdaşlıq kontekstində Azərbaycana istinad edib | 1news.az | Xəbərlər
Siyasət

Con Kerri insan hüquqları sahəsində müsbət əməkdaşlıq kontekstində Azərbaycana istinad edib

09:19 - 14 / 04 / 2016
Con Kerri insan hüquqları sahəsində müsbət əməkdaşlıq kontekstində Azərbaycana istinad edib

ABŞ Dövlət Departamentinin insan hüquqları üzrə illik hesabatının ictimaiyyətə açıqlanması çərçivəsində dövlət katibi Con Kerri jurnalistlərə məlumat verib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, çıxışı əsnasında dövlət katibi ABŞ tərəfindən insan hüquqları sahəsində nail olduğu müsbət əməkdaşlıqdan danışarkən Azərbaycana istinad edib.

O, bu mənada ötən ay Azərbaycan Respublikası Prezidentinin müvafiq əfv sərəncamı ilə bir qrup məhbusun azadlığa buraxılmasının Dövlət Departamenti tərəfindən alqışlandığını xatırlayıb və bu istiqamətdə işin davam etdiriləcəyinə əminliyini bildirib.

1news.az

Paylaş:
708

Son xəbərlər

Bütün xəbərlər