Azərbaycanla Səudiyyə Ərəbistanının XİN rəhbərləri görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Səudiyyə Ərəbistanının XİN rəhbərləri görüşüb

22:17 - 14 / 04 / 2016
Azərbaycanla Səudiyyə Ərəbistanının XİN rəhbərləri görüşüb

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti çərçivəsində Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cubeyrilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyətindən və İƏT çərçivəsində birgə fəaliyyətdən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin zəruriliyini önə çəkiblər.

Nazirlər iki ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə nümayəndə heyətlərinin mübadiləsi, XİN-lərarası təmasların artırılması və yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
816

Son xəbərlər

Bütün xəbərlər