ABŞ və Rusiya rəsmiləri Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər | 1news.az | Xəbərlər
Siyasət

ABŞ və Rusiya rəsmiləri Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər

20:33 - 15 / 04 / 2016
ABŞ və Rusiya rəsmiləri Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti müzakirə ediblər.

1news.az APA-ya istinadən xəbər verir ki, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri arasında telefon danışığı olub.

Telefon danışığı zamanı Suriya münaqişəsi, Donbas və Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər