Cəlilabadda 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb

09:21 - 18 / 04 / 2016
Cəlilabadda 6 otaqlı ev əşyaları ilə birlikdə yanıb

Cəlilabad rayonu, Şabanlı kəndində vətəndaşa məxsus ümumi sahəsi 204 kv.m olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, evə bitişik olan tövlə yanğından mühafizə olunub. 

Yanğın saat 04:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1news.az

Paylaş:
546

Son xəbərlər

Bütün xəbərlər