Prezidentin “Yol hərəkəti haqqında” qanunun tətbiqi ilə bağlı fərmanında dəyişiklik edilib | 1news.az | Xəbərlər
Rəsmi

Prezidentin “Yol hərəkəti haqqında” qanunun tətbiqi ilə bağlı fərmanında dəyişiklik edilib

22:43 - 18 / 04 / 2016
Prezidentin “Yol hərəkəti haqqında” qanunun tətbiqi ilə bağlı fərmanında dəyişiklik edilib

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan bəzi qurumların əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 iyul tarixli 571 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram: 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 666; 2001, № 7, maddə 459; 2003, № 10, maddələr 546, 571; 2004, № 8, maddə 617, № 12, maddə 1005; 2006, № 9, maddə 743; 2008, № 8, maddə 719; 2009, № 4, maddə 226, № 8, maddə 630; 2010, № 7, maddə 606; 2011, № 6, maddə 510; 2012, № 5, maddə 423, № 11, maddə 1079; 2014, № 9, maddə 1043; 2015, № 2, maddələr 110, 140, № 6, maddə 707, № 10, maddə 1116; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 835 nömrəli Fərmanı) 2-ci hissəsinin on altıncı abzasında “27-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndində (ikinci halda)” sözləri “4-cü maddəsinin 24-cü bəndində (kənd təsərrüfatı texnikası üçün xüsusi məhsullara münasibətdə), 27-ci maddəsinin II hissəsinin 3-cü bəndində (ikinci halda), VII, XI, XII və XVI hissələrində, 28-ci maddəsinin IV hissəsinin ikinci cümləsində, 29-cu maddəsinin III hissəsinin üçüncü cümləsində, IV hissəsinin birinci cümləsində və V hissəsinin birinci cümləsində, 33-cü maddəsinin III hissəsində (ikinci halda), 35 maddəsinin II hissəsinin birinci abzasında, III hissəsinin birinci cümləsində, V hissəsinin birinci cümləsində, VII və X hissələrində” sözləri ilə əvəz edilsin, “səlahiyyətlərini” sözündən sonra “kənd təsərrüfatı texnikasına münasibətdə” sözləri əlavə edilsin”.

1news.az

 

Paylaş:
1004

Son xəbərlər

Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40
Bütün xəbərlər