Türkiyə Prezidenti Azərbaycana səfər edəcək
Aprelin 25-27-də Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu keçiriləcək.
1news.az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla verdiyi xəbərə görə, forumda iştirak etmək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gələcək.
“İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” devizi altında keçiriləcək forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiyanın keçirilməsi nəzərdə tutulub. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.
1news.az