Sumqayıtda avtobusla “KamAZ” toqquşub, 3 sərnişin xəsarət alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda avtobusla “KamAZ” toqquşub, 3 sərnişin xəsarət alıb

12:17 - 18 / 04 / 2016
Sumqayıtda avtobusla “KamAZ” toqquşub, 3 sərnişin xəsarət alıb

Sumqayıt şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, hadisə aprelin 16-da saat 20:00 radələrində qeydə alınıb.

Belə ki, şəhər sakini Valeh Vəliyevin idarə etdiyi “Hyundai” (avtobus) və Qobustan rayon sakini Elman Əhmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai” markalı avtomobil aşıb, “KamAZ” markalı avtomobil isə Abşeron rayon sakini Adil Cəlladovun idarə etdiyi “VAZ-21214” markalı avtomobilə dəyib.

V.Vəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

1news.az

Paylaş:
478

Son xəbərlər

Bütün xəbərlər