Neftçalada qardaş qardaşı öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada qardaş qardaşı öldürdü

15:20 - 19 / 04 / 2016
Neftçalada qardaş qardaşı öldürdü

Neftçala rayonunda qətl hadisəsi baş verib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb.

Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulmuş, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

1news.az

Paylaş:
885

Son xəbərlər

Bütün xəbərlər