Brüsseldə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Brüsseldə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr keçirilib

23:25 - 19 / 04 / 2016
Brüsseldə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr keçirilib

Brüssel şəhərində Avropanın nüfuzlu “beyin mərkəz”lərindən olan Avropa Siyasət Mərkəzində “Dağlıq Qarabağ münaqişəsi. Növbəti nədir?” mövzusunda müzakirələr keçirilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, müzakirələrlə əlaqədar aprelin 19-da Avropa İttifaqı məsələlərini işıqlandıran EurActiv xəbər portalında məqalələr yayılıb.

Məqalələrdə müzakirələrdə iştirak etmiş Avropa Parlamentinin deputatı Riçard Hovit, Avropa Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvü Denis Sammut, Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutu nəzdində fəaliyyət göstərən Qafqazda münaqişə, zorakılıq və sülh quruculuğu layihəsinin rəhbəri Nil Melvin və Minsk qrupunun Fransadan olan keçmiş həmsədri Jak Forun səsləndirdiyi fikirlər yer alıb.

Riçard Hovit bildirir ki, Avropa İttifaqı Minsk prosesinin bir hissəsinə çevrilməlidir, əks təqdirdə, Dağlıq Qarabağ regionunda irimiqyaslı müharibənin başlanması riski ilə qarşılaşmalı olacaq. O, həmçinin qeyd edir ki, böyük inkişaf potensialına malik olan Cənubi Qafqaz Avropa üçün mühüm bir regiondur və elə bu səbəbdən də Aİ-nin danışıqlara cəlb edilməsi zəruridir.

Həmçinin məqalədə Avropa Siyasət Mərkəzinin Məsləhət Şurasının üzvü D.Sammutun müzakirələr zamanı qeyd etdiyi fikirlərə yer verilir: “Aİ yalnız Dağlıq Qarabağda deyil, ümumilikdə Cənubi Qafqaz regionunda öz rolunu artırmalıdır. Aİ münaqişənin həlli prosesinə birbaşa cəlb olunmaq məsələsindən kənarda qalmaqda davam edə bilməz”.

Məqalədə Nil Melvinə istinadən qeyd olunur: “Tərəflər arasında baş vermiş son qarşıdurmalara Aİ tərəfindən verilən reaksiyanın zəif olması məni təəccübləndirdi. Bu, çox ciddi hərbi qarşıdurmadır və gördüklərimiz son onilliklərdə baş vermiş ən ciddi pozuntular idi”.

1news.az

Paylaş:
459

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər