“Jewish Journal” qəzeti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edir | 1news.az | Xəbərlər
Siyasət

“Jewish Journal” qəzeti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edir

12:53 - 19 / 04 / 2016
“Jewish Journal” qəzeti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edir

Amerika yəhudilərinin nəşri olan “Jewish Journal” qəzetində Rabbi Simçah Aaron Qrinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, qoşunların təmas xəttində son günlər baş verən erməni təxribatları barədə məqaləsi dərc edilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, müəllif sülhməramlı millətlərin təhlükəsizliyini qorumaq üçün dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Məqalədə Ermənistanın Azərbaycana qarşı əsrlərdən bəri davam edən soyqırımı, etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verilir. Bildirilir ki, beynəlxalq birlik Ermənistanın Azərbaycan ərazinin 20 faizini işğal altında saxlamasının tamamilə qanunsuz olduğunu dəfələrlə bəyan edib və hələ 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törədilən cinayətlər bu işğalın başlanğıcıdır.

Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları insanlığa qarşı törədilən bəşəri cinayətdir. 1990-cı illərdə törədilən vəhşiliklər bir milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Bu günlərdə ermənilər ötən əsrin sonlarındakı kimi, yenə də mülki əhaliyə qarşı zorakılıqlar törətdilər.

Məqalədə bildirilir ki, yaranmış hazırkı vəziyyət İsrailin də təcili olaraq öz səsini qaldırmasını zəruri edir. İsrail Prezidenti Reuven Rivlin 25 il bundan əvvəl Dağlıq Qarabağda törədilənləri soyqırımı adlandırıb. Bu işğalçılıq siyasəti hələ də davam edir.

Müəllif məqalədə İsrail ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən də söhbət açır. Bildirir ki, Azərbaycan və İsrail arasında 20 ildən artıqdır strateji müttəfiqlik mövcuddur. Yəhudi icması bu nadir və cəsur müttəfiqliyi qorumalıdır. Azərbaycanda yəhudilər uzun illərdən bəri sülh şəraitində yaşayırlar. Bu ölkə bir daha dünyaya bəyan edir ki, müsəlman, yəhudi və xristianlar birgə uzunmüddətli sülh və əmin-amanlıq şəraitində yaşaya bilərlər.

1news.az

Paylaş:
392

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər