Azərbaycanla Argentina arasında siyasi əlaqələr və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Argentina arasında siyasi əlaqələr və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

10:03 - 20 / 04 / 2016
Azərbaycanla Argentina arasında siyasi əlaqələr və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

Azərbaycan Respublikasının Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov Argentinanın müdafiə naziri Xulio Martinezlə görüşüb.

1news.az-ın məlumatına görə, görüşdə  müdafiə nazirinin strategiya və hərbi məsələlər üzrə müavini Anxel Pablo Tello və locistika və fövqəladə hallarda əlaqələndirmə üzrə müavini Valter Sebayos da iştirak ediblər.

Görüş zamanı Azərbaycan və Argentina arasında siyasi əlaqələr və müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

R.Aslanov həmsöhbətinə Azərbaycan haqqında məlumat verib, onun tarixi, yerləşdiyi region, iqtisadi inkişafı və digər ölkələrlə münasibətləri haqqında danışıb. Habelə Argentina və Azərbaycan arasındakı münasibətlərin hazırkı durumu və bu münasibətlərin daha da gücləndirilməsi imkanları haqqında söhbət açıb.

R. Aslanov iki ölkənin müdafiə nazirlikləri arasında, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın da mühümlüyünə toxunub, bu istiqamətdə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Argentinalı nazir ölkəsinin bütün ölkələrlə yaxşı münasibətlərin qurulmasına çalışdığını, bu baxımdan Azərbaycanla əlaqələrin gücləndirilməsinin Argentina üçün də önəm daşıdığını vurğulayıb.

Daha sonra R.Aslanov Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, münaqişənin həlli yolları istiqamətində aparılan danışıqlar və bu danışıqlarda Ermənistan tərəfinin tutduğu mövqe barədə qarşı tərəfə ətraflı məlumat verib, beynəlxalq təşkilatların münaqişə ilə bağlı Azərbaycan tərəfinin mövqeyini dəstəkləyən sənədləri haqqında danışıb.

Habelə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş gərginliyin əsas səbəb və nəticələrini nazirə ətraflı izah edib, Ermənistan tərəfinin təcavüz siyasətindən əl çəkmədiyini, ötən ildən etibarən Ermənistanın “deterrence” hərbi doktrinasına keçdiyini, işğal olunmuş ərazilərimizə yaxın kəndlərdə yaşayan mülki Azərbaycan əhalisinin davamlı olaraq Ermənistan hərbi qüvvələrinin atəşlərinə məruz qaldığını, son günlər bu atəşlərin daha da intensiv şəkil aldığını, Azərbaycan qoşunlarının mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan tərəfinin hücumlarının qarşısını almaq üçün müvafiq tədbirlər gördüyünü bildirib.

Azərbaycan tərəfinin davamlı sülh və atəşkəs çağırışları etdiyini söyləyən R.Aslanov, buna baxmayaraq Ermənistan tərəfinin atəşi dayandırmadığını, əksinə, mülki əhalini daha çox hədəfə aldığını da qeyd edib.

R.Aslanov Ermənistanın regiondakı durumuna toxunuraq, münaqişə nəticəsində Ermənistanın regiondakı bütün önəmli enerji və nəqliyyat layihələrindən təcrid olunduğunu, Ermənistanın hazırda çətin sosial-iqtisadi vəziyyətdə olduğunu bildirib.

X.Martinez Argentinanın bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirərək, Ermənistan-Azərbaycan münaqişəsinin də sülh yolu ilə öz həllini tapacağına ümid etdiyini vurğulayıb.

1news.az

Paylaş:
766

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər