Almaniya Bundestaqının deputatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Almaniya Bundestaqının deputatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb - FOTO

00:01 - 20 / 04 / 2016
Almaniya Bundestaqının deputatı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb - FOTO

Almaniya Bundestaqının deputatı Kristof Berqner aprelin 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olub.

Görüşdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov qonağa Komitənin fəaliyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu münaqişə XX əsr Azərbaycan tarixinin ən ağır dövrü kimi tarixə düşüb. Ermənilərin öz planlarını - Azərbaycana qarşı əsassız ərazi iddialarını mərhələ-mərhələ həyata keçirdiklərini qeyd edən Gəray Fərhadov deyib: “1905-1907-ci və 1918-1920-ci illərdə baş vermiş hadisələr zamanı silahlı qüvvələrdən və zorakı üsullardan istifadə olunmaqla minlərlə azərbaycanlı kütləvi surətdə qətlə yetirilib, onların yaşadıqları kəndlər talan edilib, dinc əhali qaçqın və didərgin vəziyyətinə salınıb.

Ermənilərin növbəti çirkin əməlləri isə 1948-1953-cü illərə təsadüf edir. 1988-1992-ci illərdə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirildi, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrildi”. Komitə sədrinin müavini vurğulayıb ki, 1805-ci ildə Dağlıq Qarabağda 10 min azərbaycanlı yaşadığı halda, bu torpaqlarda cəmi 100 erməni məskunlaşmışdı. 1823-cü ildə isə 20 min əhalinin 15 mini azərbaycanlı, 5 mini isə erməni olub.

Müxtəlif dövrlərdə ermənilərin buraya planlı şəkildə köçürülməsi həyata keçirilib. Bu siyasət nəticəsində 1989-cu ildə 189 min əhalinin 145 mini erməni, 40 mini azərbaycanlı, qalan hissəsi isə burada yaşamış millətlərin nümayəndələri olub. Planlı şəkildə ermənilərin bu əraziyə köçürülməsi nəticəsində ermənilərin sayı dinamik şəkildə artıb.

Komitə sədrinin müavini Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin – Dağlıq Qarabağ və ona bitişik 7 inzibati rayonun işğal olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, işğal nəticəsində bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı dörd qətnamə qəbul edib. Təəssüflər olsun ki, bu cür mötəbər bir qurumun qəbul etdiyi qətnamələr hələ də kağız üzərində qalıb. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu isə hələ ki bu istiqamətdə heç bir irəliləyişə nail ola bilməyib.

Vurğulanıb ki, Azərbaycan Hökuməti əhalinin həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün iki dövlət proqramı və onlara əlavələr qəbul edib. İndiyədək məcburi köçkünlər üçün 94 müasir infrastruktura malik qəsəbə inşa olunub. Bu qəsəbələrə ağır şəraitdə yaşayan 49 min məcburi köçkün ailəsi köçürülüb.

Görüşdən sonra qonaq Yasamal rayonu ərazisində Azərbaycan Texniki Universitetinin yataqxanasında məskunlaşan məcburi köçkünlərin yaşayış şəraiti ilə maraqlanıb. Almaniyalı deputat Abşeron rayonunun Masazır qəsəbəsindəki Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaradılan şəraitlə də tanış olub.

AZƏRTAC

Paylaş:
649

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər