Minsk Qrupunun həmsədrləri çərşənbə günü Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı hesabat təqdim edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Minsk Qrupunun həmsədrləri çərşənbə günü Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı hesabat təqdim edəcəklər

00:35 - 20 / 04 / 2016
Minsk Qrupunun həmsədrləri çərşənbə günü Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı hesabat təqdim edəcəklər

ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 20-də Berlində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı hesabat təqdim edəcəklər. 

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik Twitter səhifəsində paylaşıb.

“Aprelin 20-də Minsk Qrupunun həmsədrləri ATƏT-in Berlin ofisində Dağlıq Qarabağ münaqişəsi zonasında hazırkı vəziyyət və davam edən hərbi fəaliyyət barədə hesabat təqdim edəcəklər”, - deyə Uorlik qeyd edib.

O qeyd edib ki,  Dağlıq Qarabağ münaqişəsi məsələsi hazırda ATƏT-də sədrlik edən Almaniya ilə keçiriləcək danışıqlarda müzakirə olunacaq. 

1news.az

Paylaş:
991

Son xəbərlər

Bütün xəbərlər