İlham Əliyev BMT-nin konvensiyasına qoşulmaq barədə qanunu təsdiq edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev BMT-nin konvensiyasına qoşulmaq barədə qanunu təsdiq edib

14:21 - 21 / 04 / 2016
İlham Əliyev BMT-nin konvensiyasına qoşulmaq barədə qanunu təsdiq edib

Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə qanunu təsdiq edib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikası 1982-ci il dekabrın 10-da Yamaykanın Monteqo Bey şəhərində qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və 1994-cü il iyulun 28-də Nyu-York şəhərində qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulsun”.

1news.az

Paylaş:
829

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər