Bakıda 17 evdən oğurluq edən cinayətkar dəstə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 17 evdən oğurluq edən cinayətkar dəstə tutulub

18:36 - 21 / 04 / 2016
Bakıda 17 evdən oğurluq edən cinayətkar dəstə tutulub

Bakıda evlərdən oğurluq edən cinayətkar dəstənin üzvləri saxlanılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Məlumata görə,Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-dən aprelin 18-dək olan müddətdə 17 paytaxt sakininə məxsus evlərdən pul, qızıl, gümüş, geyim və məişət əşyaları oğurlamış, habelə 2 mənzildən oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zöhrab Rəhimov, Samir Sultanov, Elməddin Abbasov, Ərxan Novruzov və Murad Musayev tutulublar.

1news.az

 

Paylaş:
711

Son xəbərlər

Bütün xəbərlər