Türkiyənin NTV kanalı Dağlıq Qarabağdan reportaj hazırlayıb – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyənin NTV kanalı Dağlıq Qarabağdan reportaj hazırlayıb – FOTO – VİDEO

09:50 - 21 / 04 / 2016
Türkiyənin NTV kanalı Dağlıq Qarabağdan reportaj hazırlayıb – FOTO – VİDEO

Türkiyənin NTV telekanalının xüsusi çəkiliş qrupu aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi ərazilərdən reportaj hazırlayıb.

1news.az-ın verdiyi xəbərə görə, reportajda Azərbaycan Ordusunun gücündən və uğurlarından ətraflı söhbət açılır.

Tanınmış telejurnalist Əhməd Yeşiltəpənin hazırladığı reportajda Azərbaycan Ordusunun 24 ildən sonra azad etdiyi ərazilərdən bəhs olunur. Jurnalist Beyləqandan keçərək cəbhə bölgəsinə gedib. O, ermənilərdən təmizlənən ərazidə hazırda minatəmizləmə əməliyyatlarının aparıldığını bildirib.

Reportajda, həmçinin Azərbaycan Ordusunun işğaldan azad etdiyi Lələtəpə yüksəkliyinin strateji əhəmiyyətindən danışılır.

Ə.Yeşiltəpə qeyd edir ki, son illər Azərbaycan Ordusu müasir silah və texnika ilə təchiz olunub. Hazırda Azərbaycan Ordusunda ciddi nizam-intizam və ruh yüksəkliyi mövcuddur. Bu da onu göstərir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfindən törədilə biləcək bütün təxribatlara layiqli cavab verməyə tam hazırdır.

O, vurğulayır ki, Azərbaycan ilk növbədə, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Bunun üçün Ermənistan işğal altında saxladığı torpaqları geri qaytarmalıdır. Bu gün Azərbaycan Ordusu işğal altındakı torpaqlarını düşmən tapdağından azad etməyə qadirdir.

Müəllif cəbhə xəttində gördüklərini NTV telekanalının canlı efirindən də diqqətə çatdırıb. Bildirib ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması nəticəsində bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu insanlar 24 ildir doğma yurdlarına qayıtmaq istəyirlər. Müəllif dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması haqda dörd qətnaməsini də xatırladaraq bildirir ki, Ermənistan bu sənədlərə məhəl qoymur.

Əhməd Yeşiltəpə Azərbaycan Ordusunun gücünə şahid olduğunu bir daha xüsusi vurğulayıb.

1news.az

 

Paylaş:
868

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər