Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

16:31 - 22 / 04 / 2016
Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın məlumatına görə, görüşdə Azərbaycan və İran İslam Respublikasının prezidentləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, iki ölkə arasında əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

M.Vaezi Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş vermiş son gərginlik zamanı mülki Azərbaycan əhalisi və hərbi qulluqçuların həyatını itirməsi ilə əlaqədar başsağlığı verərək, İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha vurğulayıb.

O, hökumətlərarası birgə komissiya çərçivəsində həyata keçirilən birgə tədbirlər sayəsində iqtisadiyyat, nəqliyyat, neft-qaz, kənd təsərrüfatı, turizm, əczaçılıq, maşınqayırma, rabitə və informasiya texnologiyaları və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdiyini qeyd edib.

İranlı qonaq ölkəsinin regional sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu bilidrərək, beynəlxalq əməkdaşlıq kontekstində terrorizm, radikalizm və regional təhdidlərə qarşı birgə mübarizə aparmaq üçün iki ölkənin təhlükəsizlik orqanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Nazir E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrana sonuncu səfərinin, səfər zamanı keçirilmiş görüşlərin və imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımdan böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. O, M.Vaezini Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İranın tutduğu ədalətli və davamlı mövqeyin yüksək qiymətləndirildiyini vurğulayıb. Münaqişənin həlli və regionda davamlı sülhün təmin olunması üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya üçtərəfli formatında da inkişaf etdiyini qeyd edən E.Məmmədyarov bu xüsusda 5 aprel tarixində İranın Ramsar şəhərində, 7 aprel tarixində isə Bakıda keçirilmiş üçtərəfli görüşləri xatırladıb.

Nazir aprelin 20-də Astara çayı üzərində tikintisinin təməli qoyulmuş dəmir yolu körpüsünün Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində mühüm əhəmiyyətə malik olduğunu deyib. O, körpünün ölkələrimizin tranzit potensialının artmasına və böyük həcmdə yükdaşımaların həyata keçirilməsinə imkan yaradacağını xüsusi vurğulayıb.

Görüşdə həmçinin iki ölkənin bölgələri arasında əlaqələrin inkişaf etdirilməsi, energetika, nəqliyyat, neft daşımaları, ticarət, bank sektoru və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

1news.az

Paylaş:
492

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər