Bundestaqın deputatı: Cənubi Qafqazın sabitliyi Almaniya üçün strateji əhəmiyyət daşıyır
Almaniya Bundestaqının Xristian-Sosial İttifaqından (CSU) olan deputatı Florian Hahn aprelin əvvəlində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə bağlı açıqlama verib.
Bu barədə 1news.az-a Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.
Açıqlamada bildirilir ki, Cənubi Qafqazın sabitliyi Almaniya üçün strateji əhəmiyyət daşıyır. Dağlıq Qarabağ regionunda bu yaxınlarda insan tələfatı ilə nəticələnmiş hərbi münaqişənin yenidən alovlanması beynəlxalq ictimaiyyəti məsələnin sülh yolu ilə həllinə sövq etməlidir. Heç bir hərbi qarşıdurma münaqişənin davamlı həllinə gətirə bilməz və münaqişə tərəfləri atəşkəsə riayət etməlidirlər.
Açıqlamada ATƏT-in Minsk qrupu hər zamankındən daha çox BMT-nin müvafiq qətnamələri və beynəlxalq vasitəçilik qaydalarına hörmət etməklə münaqişəyə son qoyulmasına nail olmağa çağırılır.
1news.az