Prezident İlham Əliyev BƏƏ-nin tolerantlıq üzrə dövlət nazirini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev BƏƏ-nin tolerantlıq üzrə dövlət nazirini qəbul edib

14:48 - 25 / 04 / 2016
Prezident İlham Əliyev BƏƏ-nin tolerantlıq üzrə dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tolerantlıq üzrə dövlət naziri xanım Şeyxə Lubna Al Qassimini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Birləşmiş Ərəb Əmirliklərinə uğurlu rəsmi səfərini və keçirdiyi görüşləri məmnunluqla xatırladı.

İki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, əvvəllər daha çox azərbaycanlı turistlər Birləşmiş Ərəb Əmirliklərinə səfər edirdilərsə, son dövrlər Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayı da artmaqdadır.

Xanım Şeyxə Lubna Al Qassimi Azərbaycanda böyük infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində sürətli inkişafa nail olunduğunu, Bakının gözəl və müasir bir şəhərə çevrildiyini məmnunluqla qeyd etdi. Azərbaycana bu dəfə tolerantlıq üzrə dövlət naziri vəzifəsində səfər etdiyini deyən qonaq Birləşmiş Ərəb Əmirliklərinin çoxmillətli ölkə olduğunu, burada yaşayan müxtəlif icmaların ölkənin inkişafı və iqtisadi uğurların əldə olunmasındakı rolunu vurğuladı.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığının önəmi qeyd olundu, ikitərəfli əlaqələrin mədəniyyət, ticarət, turizm və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Paylaş:
802

Son xəbərlər

Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40
Bütün xəbərlər